AZ

"O parodiyalarla məşhur olmuşam" - İzzət

Müğənni İzzət Bağırov meyxanaçı Vüqar Əbdülovla bağlı açıqlaması ilə diqqət çəkib. Pravda.az axşam.az-a xəbər verir ki, sənətçi onun toylarından danışıb. 

 

İ.Bağırov "Vüqar səhərə kimi toydadır. Maştağanın bütün toylarını o idarə edir. Hansı kənd toyuna gedirsən, cibində mikrofon gəzir" sözlərini deyib. 

 

Daha sonra müğənni onu parodiya etmələrindən danışıb:

 

"30 ildir məni parodiya edirlər. Amma birinci Müşviq Şahverdiyev edib. Tahir İmanov məni dəfələrlə parodiya edib. Hətta zəng edib ki, gəl, bir bax. Gedib baxmamışam, çünki böyüklük edib. "Bu şəhərdə" dəfələrlə parodiya edib. Heç vaxt nə ələ salıblar, nə təhqir ediblər. O parodiyalarla məşhur olmuşam".

Tarix: 25 Aprel 2024, 18:22   
Seçilən
16
Mənbələr
Şərh ()
Bağla