AZ

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Avtoxuliqanlıq

Bakı, 25 aprel, AZƏRTAC

Paytaxtın Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün rayon dövlət yol polisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığı da müəyyənləşdirilib. Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü A.Cəfərov 10 gün müddətinə inzibati qaydada həbs olunub.

 

Seçilən
4
24
Mənbələr
Şərh ()
Bağla