AZ

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Bakı, 25 aprel, AZƏRTAC

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi, ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər. Görüş zamanı cari tədris ilində görülmüş işlər, gələcəkdə icrası nəzərdə tutulan məsələlər, xüsusilə 2024-2025-ci tədris ili üzrə birinci siniflərin qəbulu, 4 və 6-cı siniflərdə monitorinqlərin təşkili, eləcə də yeni işə qəbul mexanizmləri müzakirə edilib.

Məktəb idarəetməsində səmərəliliyin artırılması, müəllim-şagird, müəllim-valideyn münasibətlərinin düzgün tənzimlənməsi mövzularında müzakirələr aparılıb, imtahanların təşkili qaydaları, həmçinin tədris ilinin yekununa dair görüləcək işlər barədə məktəb rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.

Daha sonra ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə bu və digər məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla