Bakı, 25 aprel, AZƏRTAC
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə uşaqların elektron qəbulu ilə bağlı vətəndaşlara texniki köməklik göstərilməsi məqsədilə 3 alternativ qeydiyyat mərkəzi yaradılıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, həmin mərkəzlərdən ikisi işğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında fəaliyyət göstərəcək.
Qeyd edək ki, mayın 1-dən 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/171405434475827694_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/17140543444205818439_1200x630.jpg)