AZ

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Bakı, 25 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “XXI əsrdə turizmdə yeniliklər və turizm coğrafiyasında yeni yanaşmalar” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Seminarda Türkiyənin Ege Universitetinin Coğrafiya bölümünün professoru Hüsun Baykal mövzu ilə bağlı çıxış edib. O, turizm trendləri, mədəni və etnomədəni irs, təbii və bioloji müxtəliflik, mədəni irsin turizmdə istifadəsi, yaşıl, sosial turizm, kənd, dağ, icma, ekoloji turizmi haqqında dünya alimlərinin və özünün tədqiqat işləri haqqında məlumat verib. H.Baykal müasir dövrdə dünya ölkələrində ictimai-siyasi vəziyyətin dəyişməsi, qlobal istiləşmə nəticəsində baş verən fəsadlar, epidemioloji şərait və bir sıra başqa səbəblərdən turizmdə yeni istiqamətlərin, növlərin meydana çıxdığını seminar iştirakçılarının diqqətinə çatdırıb. Alim turizm coğrafiyası fənninin tədrisinin əsas problemləri, coğrafiya və turizm arasındakı əlaqələr, onun mədəni, təbii, ərazi amilləri, bu sahədə baş verən yeniliklər və ən yaxşı təcrübələr haqqında məlumatları da paylaşıb.

Sonra auditoriya iştirakçılarının sualları cavablandırılıb.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla