AZ

Azərbaycanda iqtisadiyyatın qeyri neft-qaz sektoru 7 faizə yaxın artıb

Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, 2024-cü ilin ilk üç ayında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,0 faiz çox ümumi daxili məhsul istehsal olunub, xüsusilə iqtisadiyyatın qeyri neft-qaz sektorunda 7 faizə yaxın artım müşahidə olunub.

Fins.az xəbər verir ki, “Sahibkar günü”nə və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyinə həsr olunmuş “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda keçirilən Konfransda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu dövrdə qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 4,8 faiz artıb:

“Əsas kapitala yönəldilmiş investisiyaların 80 faizini daxili investisiyalar təşkil edib ki, bu da ölkədə sahibkarlığın inkişafının real göstəricisidir.

Ölkədə aparılan genişmiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir. Sahibkarlığa dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlər əldə edilmiş, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin formalaşması, iri şəhərlərlə yanaşı regionlarda da sahibkarlığın inkişafına münbit şərait yaranması nəticəsində özəl bölmənin Ümumi Daxili Məhsulda payı 83,5 faiz, məşğulluqda payı isə  təqribən 78 faiz təşkil edib".

Fuad Mədətov
Fins.az

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla