AZ

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur".

Bu sözləri BiG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, ötən il isə daha fantastik artım olmuşdur.

"Belə ki, 2023-cü il ərzində Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 6 dəfə və ya 54,1 milyon ABŞ dolları artaraq 64,9 milyon dolları keçib. Bunun da 59,3 milyon dolları ixracın payına düşüb. Bu da 2022-ci ilin eyni göstəricisindən 12,5 dəfə və ya 54,6 milyon dollar çoxdur. Bu statistika onu deməyə əsas verir ki, ixracın şaxələndirlməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir".


BiG.Az
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla