AZ

“Avropa ölür” - Makron

Güclü Avropa qurmaq uğrunda mübarizə qalib gəlməkdən çox uzaqdır, qitə növbəti onillikdə qlobal rəqiblərindən geri qalacaq.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Avropa ölə bilər, bu, yalnız bizim seçimlərimizdən asılıdır”, - Fransa lideri bildirib.

Onun sözlərinə görə, Avropa dönüş nöqtəsindədir, sürətlə silahlanan qlobal rəqiblərlə rəqabət aparmaq üçün daha çox işlər görməlidir.

Makron həmçinin qeyd edib ki, qlobal azad ticarət qaydalarına əsas rəqiblər tərəfindən meydan oxunduğu bir mühitdə Avropa iqtisadi cəhətdən geri qalmaq riski ilə üzləşir, buna görə də böyümə modeli nəzərdən keçirilməlidir.

Makron Rusiyanın Ukraynadakı müharibədə qalib gəlməsinə imkan verilməməsi, Avropanın kibertəhlükəsizlik imkanlarının artırılması, yüksək səviyyəli hərbi kadrların yetişdirilməsi üçün Avropa Akademiyası yaradılmasının vacibliyini vurğulayıb.

Fransa lideri əlavə edib ki, avropalılar Avropadan avadanlıq almağa üstünlük verməlidirlər.

“Avropa Birliyinin daha demokratik olmasına nail ola bilməmişik”, - Makron söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
9
Mənbələr
Şərh ()
Bağla