AZ

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edildi (FOTO)

Bakı. Trend:

Dövlət Turizm Agentliyi Qlobal Dayanıqlı Turizm Şurasına üzvqəbul edilib.

Trend xəbərverir ki, bu haqda qərar İsveç Krallığının Stokholm şəhərində baştutan “Dayanıqlı Turizm” konfransında qəbul edilib.

Həmçinin, konfrans çərçivəsində, həmçinin, Azərbaycan TurizmBürosu və Qlobal Dayanıqlılıq Turizm Şurası arasında AnlaşmaMemorandumu imzalanıb.

Anlaşma Memorandumuna əsasən, dayanıqlı turizmin inkişafınadəstək göstərilməsi, qlobal dayanıqlı turizm standartlarının millisəviyyəyə uyğunlaşdırılması, eləcə də, ölkəmizdə Şuranınmeyarlarının tətbiqi nəzərdə tutulur.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçıdirektoru Florian Zenqstşmid Şuraya üzvlüyün turizm sənayesindəkiyerli tərəfdaşlarla birgə fəaliyyətin həvəsləndirilməsinə, qlobalturizm sənayesində dayanıqlı və əsaslı dəyişikliklərin edilməsindəAzərbaycanın rolunun artırılmasına, eləcə də, marketinqkampaniyaları vasitəsilə yerli turizm sənayesinin dayanıqlıinkişafına töhfə verəcəyini bildirib.

Qlobal Dayanıqlılıq Turizm Şurası 2007-ci ildə "RainforestAlliance" təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı, Əhali Fondu vəBMT Turizm təşkilatı ilə birgə təşəbbüsü olan “Qlobal DayanıqlıTurizm Kriteriyaları”nın formalaşdırılması məqsədilə yaradılıb.

Şura qlobal turizm biznesləri, dövlət orqanları, destinasiyamenecmenti təşkilatları üçün dayanıqlı turizm prinsiplərinin tətbiqedilməsi təcrübələrinin bölüşdürülməsi üzrə platforma rolunuoynayır. Şuranın fəaliyyətinin əsas məqsədi dayanıqlı turizmtəcrübələrini tətbiq edən biznes və destinasiyalarınsertifikatlaşdırılması yolu ilə dəstəklənməsi, həmçinindestinasiyaların dayanıqlılığının təmin edilməsinə dəstəkolmaqdır.

Azərbaycan
Məqalədə:
Seçilən
30
7
Mənbələr
Şərh ()
Bağla