AZ

Ryabkov: Rusiya Suriyanın BRİKS-ə qoşulmaq təşəbbüsünü alqışlayır

“Rusiya Suriyanın BRİKS-ə qoşulmaq təşəbbüsünü alqışlayır”.

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Rusiyalı nazir müavini təşkilat daxilində bu məsələnin geniş müzakirə olunacağını, qərarın qəbulu zamanı isə Moskva ilə Dəməşq arasındakı çoxillik münasibətlərin nəzərə alınacağını vurğulayıb.

O eyni zamanda, üzvlük kriteriyalarının təşkilatın ötən ilin yayında keçirilmiş sammiti zamanı formalaşdığını, bununla yanaşı 30-dan çox dövlətin bu məqsədlə müraciət etdiyini xatırladıb.

S. Ryabkov deyib ki, bu və ya digər ölkənin BRİKS-in tərkibinə qəbulu zamanı tələskənliyə ehtiyac yoxdur:

“Düşmənlərimiz Rusiyanın BRİKS-ə sədrliyinə kölgə sala bilməyəcək” – deyə, S. Ryabov fikirlərini tamamlayıb.

Qeyd edək ki, yanvarın birindən quruma sədrlik edən Rusiyanın səlahiyyət müddəti 1 ildir.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla