AZ

Sabunçu DYP "Ford Mustang" ilə "avtoşluq" edənsürücünü tutdu: 15 gün həbs - VİDEO

Sabunçu rayonu ərazisində avtoxuliqanlıq edən sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 21-i səhər saatlarında qeydə alınıb.  Hərəkətdə olan 77-MU-385 dövlət nömrə nişanlı, “Ford Mustang” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, o, “drift” edərək əks istiqamətli yola çıxıb. Qayda pozan sürücü bununla kifayətlənməyərək yenidən “şou”suna davam edib. O, qarşı zolağa keçərək yenidən manevr edib. Yaxınlıqda park edilmiş avtomobilə təhlükə yaratsa da, xoşbəxtlikdən qəza baş verməyib.
Qeyd edək ki, avtoxuliqanlıq edən sürücü idarə etdiyi maşının dövlət nömrə nişanının üzərini də  bağlayıb. 
Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının apardıqları araşdırma zamanı sürücünün kimliyi müəyyənləşib. Ağdam rayonu Sarıcalı kənd sakini, 1995-ci il təvəllüdlü Cəfərov Aydın Əliağa oğlu saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Sürücü barəsində toplanmış materiallar Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə A.Cəfərov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

Nərmin

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla