AZ

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Türkiyə

Ankara, 25 aprel, AZƏRTAC

Türkiyə Çili Deputatlar Palatasının Osmanlı imperiyasının 1915-ci il hadisələri ilə bağlı qərarını rədd edir və qətiyyətlə pisləyir.

AZƏRTAC xəbər verir ki, Türkiyə XİN-in bəyanatında qanunvericilik strukturlarının tarixi proseslər və hadisələr üzrə hər hansı hökm çıxarmaq və ya dəyərləndirmək səlahiyyətinə malik olmadığı bildirilir.

“Çili parlamentində qəbul olunan sənəd soyqırımı cinayəti və ona görə cəza barədə xəbərdarlıq haqqında 1948-ci il Konvensiyasının tələblərinə ziddir. Buna bənzər qərarlar yalnız səlahiyyətli məhkəmə strukturları tərəfindən verilə bilər”, - deyə Türkiyə xarici siyasət idarəsinin bəyanatında vurğulanır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla