AZ

Avstraliya sahillərinə çıxan 160 balinanın həyatı TƏHLÜKƏDƏ – Artıq 26-sı ÖLÜB

Təxminən 160 pilot balina Qərbi Avstraliya sahillərinə çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə AP News məlumat yayıb. Bildirilir ki, 160-a yaxın pilot balina Qərbi Avstraliya sahillərində qapalı qalıb.

Hadisə Dunsboro şəhəri yaxınlığındakı Tobi Bayda baş verib.

Vəhşi təbiətin mühafizəsi üzrə mütəxəssislər qrupu dəniz məməlilərini xilas etmək üçün əraziyə gedib, lakin onlar gələnə qədər 26 balina artıq ölüb.

Onlar hesab edirlər ki, 110 balinadan ibarət qrup dənizdə bir yerdə qalıb və ehtimal ki, çimərliyə doğru gedərkən yolu azıb.

Yerli sakinlərə heyvanları özləri xilas etməyə çalışmamağa, mütəxəssisləri gözləməyə çağırış edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla