AZ

Telefonda evinin söküləcəyini eşidən məşhur aktrisa ABŞ-də ağır qəza keçirdi

Qızı ilə birgə Amerikada yaşayan "Yeşilçam"ın aktrisası Ahu Tuğba Los-Ancelesdə yol qəzası keçirib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Los-Ancelesdəki Katolik Xəstəxanasına aparılan Tuğbanın qabırğası sınıb.

O, 8 saatdan çox davam edən əməliyyat keçirib. Bildirilib ki, aktrisanın əməliyyatdan sonrakı vəziyyəti stabildir və müalicəsi reanimasiyada davam etdirilir.

İddiaya görə, Ahu Tuğba Türkiyədən gələn telefon zəngindən sonra qəzəblə sükan arxasına əyləşib. Telefonda aldığı xəbər evinin söküləcəyi, yerinə yol çəkiləcəyi ilə bağlı olub.

“Öksüzler”, “Şaşkın Milyoner”, “Bankir Bilo”, “Dokunma Şabanıma”, “İtirilmiş Qızlar”, “Ağ ölüm”, “Dostum Əlvida”, “Tacsız Kraliça”, “Bir Aşk Min Günah”, “Əqrəb”, “Yosma” kimi filmlərdə kamera qarşısına keçən Ahu Tuğba  "Tacsız Kraliça" ləqəbi ilə tanınırdı.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla