AZ

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.

 

Sfera.az bildirir ki, dünən, aprelin 24-də Yurgen Kloppun komandası İngiltərə çempionatının 29-cu turu çərçivəsində səfərdə "Everton"a uduzub (0:2).

 

Oyunçu yoldaşları ilə birgə daha yaxşı oynamalı olduğunu deyib:

 

“Düşünürəm ki, mövsümün əvvəlində heç kim çempionluq uğrunda mübarizə aparacağımızı düşünməzdi. Amma kimin nə dediyi məni maraqlandırmır, biz indi buradayıq və hamımız daha yaxşı oynamalıyıq".

 

Qeyd edək ki, 34 turdan sonra "Liverpul" 74 xalla ikinci pillədə qərarlaşıb. Çempionata “Arsenal” başçılıq edir.

 

Fatimə Lətif

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla