AZ

Azərbaycanda belə qol buraxan qapıçı var - VİDEO+FOTOREPORTAJ

Azərbaycan II Liqasında XXII turun görüşləri keçirilib.

Çempionluq iddiasından əl çəkməyən "Füzuli" Bakıda "Şəmkir"i qəbul edib.

Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun gedişində xeyli maraqlı hadisələr baş verib. ev sahiblərindən Elvin Nəsibov penalti epizodunu qaçırıb.

Qış fasiləsində “Cəbrayıl”dan gəlmiş hücumçunun zərbəsini qapıçı Novruz Rəhimov geri qaytarıb.

Hücumlarını davam etdirən “Füzuli”lər 21-ci dəqiqədə Haqverdi Həsənovla istəyinə çatıb. Daha sonra standart vəziyətdən vurulan zərbə qapı tirinə dəyib.

“Şəmkir” 41-ci dəqiqədə gözlənilmədən bərabərlik qolunu vurub. Müdafiəçinin arxa zonaya ötürdüyü topu ələ keçirən Asim Quliyev təxminən 30 metr məsafədən qapını nişan alıb.

Onun vuruşu zəif alınıb. Di gəl, yolüstü bir necəı dəfə aatlınaıb-düşən top qapı xətini keçib. Kamil Nəzərlinin reaksiyası gülməli alınıb - “yuvarlaq meşin” kiperin əllərinin üstünən tora daxil olub.

Kuryoz və gülməli qol buraxan “Füzuli” fasilədən 11 dəqiqə sonra ikinci dəfə fərqlənib. Elvin Nəsibov penaltinin heyfini çıxıbsa, Emin Quliyev 66-cı dəqiqədə fərqi artırıb.

Xallarını 49-a yüksəldən "Füzuli" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 13 xalı olan "Şəmkir" isə sonuncu yerdədir.

SPORTİNFO.AZ

“ASK Arena”. 70 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakiminköməkçiləri: Eyyub İbrahimov, Asiman Əzizli
Dördüncü hakim: Əkbər Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Sarı vərəqələr: Əziz Hüseynov, 51 (qeyri-idman hərəkəti); Emin Quliyev, 70 (qeyri-idman hərəkəti) // Kamran Kərimov, 65 (qeyri-idman hərəkəti)
Qollar: Haqverdi Həsənov, 21; Elvin Nəsibov, 56; Emin Quliyev, 66 // Asim Quliyev, 41
Qolla nəticələnməyən penalti: Elvin Nəsibov, 5
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.

“Füzuli”

1. Kamil Nəzərli
10. Vüsal Tahirov
(7. Təmraz Əmircanov, 46)
(88. Ramin Məhərrəmli, 72)
77. Əziz Hüseynov (k)
6. Ceyhun Cavadov
5. İlyas Səfərzadə
9. Elvin Nəsibov
91. Süleyman Piriyev
17. Elçin Rəhimli
20. Haqverdi Həsənov
(71. Sergey Markelov, 79)
11. Emin Quliyev
(25. Bəxtiyar Zülfüqarlı, 87)
3. Nurlan Məmmədov
(18. Mehman Süleymanlı, 72)
Ehtiyat oyunçular:
12. Əyyub Əliyev
95. Əli İbrahimov
21. Elvin Mirzəyev
44. Elmir Xəlilov
19. Cəsur Hüseynov
15. Nihad Ağayev
Baş məşqçi: Nadir Əliyev

“Şəmkir”

12. Novruz Rəhimov (k)
19. Elxan Əzizov
14. Surac Şahbazov
3. Kamran Kərimov
8. Ülfan Hüseynov
5. Ayxan Məmmədli
30. Kərəm Əhmədli
77. Yusif Rufullazadə
17. Asim Quliyev
(4. Kənan İbişov, 68)
15. Aydın İsxanzadə
20. Taleh Nəbiyev
Ehtiyat oyunçular:
1. İsrail İsmayılov
57. Məzahir Əhmədov
Baş məşqçi: Ceyhun Əhmədov

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla