AZ

Anar Bağırov: "Yerli dövlət qurumlarının gənc hüquqşünaslara dəstək olmasını istərdik"

"Biz hüquqşünas kadrların hazırlanmasında ali təhsil müəssisələrinə kömək etməyə hazırıq".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

"Biz Vəkillər Kollegiyasının Akademiyasını təsis etmişik. Həmin Akademiyada kifayət qədər hüquqşünas alim fəaliyyət göstərir. Akademiya hüquqşünas tələbələrin hazırlanmasında ali təhsil müəssisələrinə yardımçı ola bilər", - deyə o bildirib.

Sədr Vəkillər Kollegiyasının daim gənc hüquqşünaslara dəstək olduğunu qeyd edib: "Gənc hüquqşünasların bütün müraciətlərinə müsbət cavab veririk. Bu bizim siyasətimizdir. Gənclər üçün təşkil olunan bir çox layihələrə maddi dəstək göstəririk. Vəkillər Kollegiyası tərəfindən gənc hüquqşünaslar üçün təhsil proqramları və təqaüdlər nəzərdə tutulub. Biz onları da stimullaşdırmağa çalışırıq. Aydın məsələdir ki, gənc hüquqşünasların gələcəkdə vəkil olması, vəkilliyə maraq yaratmaq əsas istəyimizdir. Biz gənclərin gələcəkdə vəkillik peşəsini seçməyini arzulayırıq. Çox istərdik ki, dövlət və qeyri-hökumət təşkilatları tərəfindən də gənc hüquqşünaslara dəstək göstərilsin".

Seçilən
41
3
Mənbələr
Şərh ()
Bağla