AZ

Zurabyan: “Anna Akopyanla insident göstərdi ki, Ermənistanda vəziyyət partlayış həddindədir”

“Nikol həm özünü, həm də Ermənistanı çıxılmaz vəziyyətə salıb”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan bildirib.

Onun sözlərinə görə, “Ötən gün Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla Tsitsernakaberd memorial kompleksində baş verən insident Ermənistanda vəziyyətin partlayış həddində olduğunu göstərdi.

Bu cür hallar onu göstərir ki, hakimiyyətin siyasətinə qarşı üsyan təkcə siyasiləşmiş dairələrdə deyil, sadə insanlar arasında da yetişib”, – Zurabyan bildirib.

Onun sözlərinə görə, bunun arxasında strateji, real və vacib yanaşma varsa, ictimaiyyət tərəfindən qəbul edilməyən siyasət aparmaq olar, amma Nikol Paşinyanın siyasətində belə bir şey yoxdur.

“Nikol Paşinyanın yürütdüyü siyasətə haqq qazandıra biləcək heç bir ideoloji əsas və ya strategiya yoxdur”, – Zurabyan deyib. “Nikol həm özünü, həm də Ermənistanı çıxılmaz vəziyyətə salıb”.

Natiq Səlim,

KONKRET.az

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla