İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir jurnalist həyatını itirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzzadakı hökumətin Media Ofisindən məlumat verilib.
Məlumata görə, Fələstinin “Əl-An” Xəbər Agentliyinin əməkdaşı Məhəmməd Bisam əl-Cəməl İsrail ordusunun Rəfahdakı evinə təşkil etdiyi hava hücumunda həyatını itirib.
Beləliklə, 2023-cü il oktyabrın 7-dən, İsrailin hücumlara başladığı vaxtdan bəri Qəzza zolağında öldürülən jurnalistlərin sayı 141-ə yüksəlib.
Media Ofisi İsrailin Fələstinin səsini susdurmaq, faktları gizləmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatdırılmasının qarşısını almaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyüü bildirib.