AZ

BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat-seçki konfransı keçirilib.
 
Moderator.az xəbər verir ki, konfransda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədr müavini Mirzə Cəfərzadə, Universitetin rəhbərliyi, konfransa təyin olunmuş nümayəndələr iştirak ediblər.
 
BDU HİK-in sədri Rəşad Cabarov qurumun fəaliyyəti haqqında hesabat verib. BDU HİK-in Təftiş Komissiyasının hesabatı dinlənildikdən sonra hesabat ətrafında Geologiya fakültəsinin kafedra müdiri, akademik Vasif Babazadə, Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov, Fizika fakültəsinin dosenti Əlinağı Məmmədov, İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Bayramov, ATİAHİ RK-nin sədr müavini Mirzə Cəfərzadənin çıxışları dinlənilib. Açıq səsvermə formatında HİK-in yeni tərkibi müəyyən olunub.
 
Daha sonra konfransın gündəliyinə uyğun olaraq HİK-in yeni sədrinin seçilməsi məsələsinə baxılıb. Təkliflərə əsasən, HİK-in indiki sədri Rəşad Cabarovun yenidən sədr seçilməsi ilə bağlı namizədliyi irəli sürülüb. Təklif konfransın sədri, ATİAHİ RK-nin sədr müavini Mirzə Cəfərzadə tərəfindən səsə qoyulub. Konfrans iştirakçılarının yekdil qərarı ilə Rəşad Cabarov növbəti müddətə BDU HİK-in sədri seçilib. Konfransda BDU HİK-in Təftiş Komissiyasının yeni tərkibi də təsdiq olunub. Konfransın sonunda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin XVIII hesabat-seçki konfransına 2 nümayəndə - professor Məcnun Babayev və HİK-in sədri Rəşad Cabarov seçilib.
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla