AZ

Yumurtanın qiyməti ucuzlaşır, bəs quş əti nə vaxt ucuzlaşacaq? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-mart aylarında Azərbaycanda ümumilikdə 571,7 milyon ədəd yumurta istehsal edilib.

Banco.az xəbər verir ki, cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində 296,6 milyon ədəd (keçən il 269,4 milyon ədəd) yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 10607,5 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 73 ədəd yumurta alınıb.
Son günlər yumurtanın qiymətində müşahidə edilən ucuzlaşma toyuq ətinin hələ də niyə baha olması sualını yaradır.

Məsələyə münasibət bildirən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, Azərbaycanda yumurtaya olan  daxili istehsal tələbatını 130 faiz qarşılamaq imkanı olsa da, bunu toyuq əti ilə bağlı demək çətindir:

“Azərbaycanda toyuq ətinə tələbat sürətlə artır. Tələbatın çoxalması  artıq bu sahədə yeni istehsal texnologiyasının təminini şərtləndirib.Bizim illik quş əti istehsalını 30 min ton artırmaq potensialıməz var. Lakin reallaşdırılması üçün əlavə binaların tikilməsi mümkün olmur. Düşünürəm ki, 30 min tona yaxın əlavə ət istehsalı Azərbaycanı quş əti ilə tam təmin etməklə yanaşı  həmçinin ixraca da imkan yarada bilər".

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
36
2
Mənbələr
Şərh ()
Bağla