AZ

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər? (MÜSAHİBƏ)

Daha əvvəl daşınmaz əmlakın bağışlanması ilə bağlı yazı dərc etmişdik

Həmin yazıda bağışlanmanın nə olması və bu müqavilənin hansı qaydalara uyğun icra edilməsi haqqında məlumat vermişdik. 

Bəs bağışlanma müqaviləsi hansı halda ləğv edilir?

Valyuta.az mövzu ilə bağlı bu və digər sualları Əkrəm Həsənovla müzakirə edib:

-    Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər? 

- Bağışlanma müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilə bilər.  Hədiyyə edən və hədiyyə alan razılşa bilər ki, müqavilə ləğv edilsin, bağışlanan daşınmaz əmlak geri qaytarılsın.  Bir də var, müqavilənin etibarsızlığı. Etibarsızlıq üçün səbəblər varsa, bu müqavilə etibarsız sayıla bilər. Məsələn, yetkinlik yaşına çatmayan, mülki qabiliyyəti olmayan şəxslərlə müqavilə bağlana bilməz. Bu müqavilələr etibarsız sayılır. Yaxud müqavilə bağlanan zaman aldatma baş verib, zor, hədə-qorxu nəticəsində müqavilə bağlanarsa, bir il ərzində bu müqavilənin etibarsızlığı ilə bağlı məsələ qaldırıla bilər, amma bunu da sübut etmək lazımdır. Müqavilə bağlanandan sonra, indi istəmirəm deyib hədiyyəni geri istəmək olmaz. 

-     Şəxs bağışladığı mənzili təkrar özünə bağışlanma yolu ilə yenidən əldə edə bilər? 

-    Bağışlanan əmlak, bağışlanılan şəxs tərəfindən yenidən əvvəlki sahibinə bağışlanıla bilər.

-    Bağışlanma müqaviləsi, bağışlanan şəxsdən başqa daha kimlərdə həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ yaradır? Ər ya arvad qarşı tərəfə bağışlanan əmlakdan boşanma zamanı pay tələb edə bilər?

  Bağışlanan əmlak bağışlanan şəxsdən başqa heç kimdə əmlak hüququ yaratmır. Hətta ər və arvad arasında da birgə nikah dövründə əldə edilən əmlak sayılmır. Məsələn, ata öz oğluna ev bağışlaya bilər. Lakin bu əmlakda onun arvadının payı yoxdur. Çünki bu əmlak pulsuz, ödənişsiz, əvəzsiz əldə olunub. Nikah dövründə əldə olunan əmlak isə pulnan alınır. 

Davud

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla