AZ

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 20 faizdən 41 faizə yüksəlib. 


Sfera.az xəbər verir ki, Aİ Enerji Tənzimləyicilərinin Əməkdaşlıq Agentliyinin (ACER) dərc etdiyi LNG hesabatından toplanan məlumata görə, qlobal LNG istehlakı Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri 40 milyard kubmetrdən çox artaraq 557 milyard kubmetrə çatıb. 


2021-ci ilə nisbətən ən çox artım Avropada qeydə alınıb. “Qoca” qitədə sıxılmış maye qazına tələb 57 milyard kubmetr artıb. 


Rusiya-Ukrayna müharibəsindən sonra Avropada yaranan enerji böhranından xilas olmaqda Almaniyanın sərmayələri mühüm rol oynayıb. Almanlar infrastukturda dəyişiklik edərək LNG idxalını xeyli artırıblar. 


Vasif

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla