AZ

Kurtua bu tarixdə meydana çıxacaq

"Real"ın qapıçısı Tibo Kurtua uzun fasilədən sonra yaşıl meydanlara qayıdacaq.

Publika.az xəbər verir ki, bu barədə Madrid klubunun baş məşqçisi Karlo Ançelotti məlumat verib. Onun sözlərinə görə, belçikalı qolkiper oyunlarda iştirak etməyə hazırdır.

İtalyan mütəxəssis mayın 4-də La Liqa çərçivəsində keçiriləcək "Kadis"lə oyunda Kurtuaya şans verəcəyini açıqlayıb. "Kurtua indi yaxşıdır və gələn həftə "Kadis"ə qarşı oyun üçün hazır olacaq" - deyə Ançelotti bildirib.

Tibo cari mövsümdə meydana çıxmayıb. O, məşq zamanı xəsarət alıb. Əməliyyat olunduğu üçün uzun müddətə sıradan çıxıb.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla