AZ

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Laçın, 25 aprel, Aydın Yavərzadə, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərimizdə ilk dəfə olmaqla Laçında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Laçında peşə öyrən!” adlı peşə yarmarkası keçirilir. Yarmar Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə baş tutub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, peşə yarmarkası Laçın şəhərinin Həkəri çayı sahilində açıq havada təşkil olunub.

Yarmarkada Laçın şəhəri və Laçının Zabux kəndi əhalisinə rayonda fəaliyyət göstərən 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunur, həmçinin ustad dərsləri keçirilir.

Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin nümayəndəsi Hüseyn Quliyev, Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, işəgötürənlər və tədris müəssisələrinin nümayəndələri iştirak edirlər.

 

Seçilən
15
1
Mənbələr
Şərh ()
Bağla