AZ

Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Dövlətimizin uğurlu, dövrün çağırışlarını özündə əks etdirənqətiyyətli siyasəti nəticəsində qazanılan uğurların miqyası olduqcagenişdir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətlitədbirlər, konfranslar, forumlar, eyni zamanda, Prezident İlhamƏliyevin çıxışları uğurlarımızın təqdimatında əhəmiyyətli roloynayır. Aprelin 23-də 30 ölkədən 64 nümayəndənin iştirakı iləkeçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundabeynəlxalq forum hazırda ölkə və dünya mətbuatında geniş müzakirəolunmaqdadır. Forum regional təhlükəsizlik, enerji keçidi və yaşılartımla bağlı Azərbaycanın baxışının təqdim olunması, Qarabağdayaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması, Azərbaycandakülək və günəş enerjisi layihələri, Avropa İttifaqına qədər uzananyaşıl enerji dəhlizlərinin gələcəyi və digər mövzular baxımındanyanaşmasını təqdim etməklə qlobal siyasət müzakirələrinə öztöhfəsini verdi.

Tədbirdə bir daha vurğulandı ki, Azərbaycanın bu ilin noyabrayında COP29-a ev sahibliyi qlobal miqyasda ölkəmizin güclüdiplomatiyasının və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaşnüfuzunun təsdiqidir. Bundan əvvəl Azərbaycan BMT TəhlükəsizlikŞurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kiminüfuzlu beynəlxalq təsisatlarda uğurla sədrlik etmişdir.Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalqtəşkilatlar çərçivəsində əlaqələrinin inkişafı ev sahibliyi etdiyitədbirlərin yüksək səviyyədə keçirilməsində də öz sözünü deyir.

Tədbirə 30 ölkədən 64 nümayəndənin qatılması müzakirəyəçıxarılan mövzunun aktuallığını, mahiyyətinin beynəlxalqictimaiyyət üçün nə qədər maraqlı olduğunu təsdiqləyir. Ən əsasıtarixən neft ölkəsi kimi tanınan Azərbaycanın bu gün yaşıl enerjiyəkeçidi prioritet məsələ kimi qarşıya qoyması və bu sahədətəcrübəsini bölüşmək istəyində olması diqqətdən kənarda qalabilməz. Azərbaycan daim iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyətöhfələr verib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilinAzərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsiölkəmizin iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalqhəmrəyliyin gücləndirilməsində maraqlı olduğunu və bunu fəaliyyətiilə təsdiqlədiyini nümayiş etdirir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayontəşkilatının sədri, siyasi elmlər doktoru, professor VüqarRəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, dövlət başçısı İlhamƏliyevin forumda çıxışı və iştirakçıların çoxsaylı suallarınıətraflı cavablandırması həm ölkəmiz haqqında, həm də regionungələcəyi, dünya siyasətində yeniliklərlə bağlı geniş məlumatlarınəldə edilməsində zəngin mənbədir. Prezident İlham Əliyev beləgörüşün ötən ilin dekabr ayının əvvəllərinə təsadüf etdiyini önəçəkərək bu müddət ərzində Azərbaycanda və ətrafda bir çoxhadisələrin baş verdiyini, bütün bu hadisələrin müsbət məcradacərəyan etdiyini diqqətə çatdırdı. Bu hadisələr sırasındaErmənistan ilə Azərbaycan arasında münasibətlərinnormallaşdırılması prosesini və sərhədlərin delimitasiyasını xüsusiqeyd edə bilərik. Həmçinin ötən ilin dekabrında mötəbər tədbirin -COP29-un ölkəmizdə keçirilməsi barədə qərar qəbul edildi. COP29konfransına ev sahibliyi etmək beynəlxalq ictimaiyyət tərəfindənAzərbaycana göstərilən böyük etimadın və dəstəyin əyaninümayişidir. Dövlətimizin başçısı onu da bildirdi ki, COP29-ahazırlığın fəal mərhələsindəyik. Yaxşı nəticələr əldə etmək üçünolduqca fəal və səmərəli çalışmalıyıq. COP29 bizim üçün çox böyükməsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil,nəticələrin əldə edilməsindən də gedir.

YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevinforumda diqqəti yaxın günlərdə Almaniyaya səfərinə də yönəltdiyinibildirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,Azərbaycan-Almaniya əlaqələrində daha sıx yaxınlaşma müşahidəolunur. Cənab İlham Əliyev COP29-a ev sahibliyi edən ölkəninPrezidenti qismində Petersberq Konfransına dəvət olunub. Bu,Almaniyada təşkil edilən ənənəvi konfransdır və adətən COP-a evsahibliyi edən prezident oraya dəvət olunur. Həmçinin Almaniyanınrəhbərliyi ilə görüşlər olacaq. Əməkdaşlıq əlaqələrində iqtisadiamil xüsusi qeyd olunur.

Əməkdaşlıq, sərmayə qoyuluşu və dövlət strukturları iləmüqavilələrin bağlanılmasına dair planlar var. İstər Azərbaycanda,istərsə də Almaniyada biznes dairələri hər zaman siyasi riskləriqiymətləndirir. Ölkələr arasında əlaqələrin inkişafındainvestisiyaların yatırılmasında sabitliyin, əlverişli biznesmühitinin mövcudluğu əsasdır. Bu rəqəm hazırda Azərbaycanabeynəlxalq səviyyədə inamın və etimadın hansı səviyyədə olmasınaaydınlıq gətirir. Belə ki, son 20 ildə ölkə iqtisadiyyatına 310milyard dollar investisiya yatırılıb. Bunun 200 milyard dollarıqeyri-neft sektorunun payına düşür. Hazırda Azərbaycanın bütünregionları, xüsusilə işğaldan azad edilmiş ərazilərin investisiyacəlbediciliyi dünyanın diqqətindədir. Bu torpaqların turizmimkanlarının genişliyi iqtisadi əməkdaşlıq əlaqələrinin qurulmasınaəlavə imkanlar yaradır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyikimi, Azərbaycan-Almaniya münasibətləri ən fəal dönəmdədir və bunuçox müsbət qiymətləndiririk.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev forumdadiqqəti hazırkı dövrün əsas çağırışı olan regionda dayanıqlı sülhünvə təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yenisəhifənin açılması məqsədilə Azərbaycanın qarşı tərəfə beynəlxalqhüququn 5 əsas prinsipini əks etdirən sülh təklifindən də bəhsedib. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlardavə məkanlarda keçirilən görüşlərə diqqət yönəldilib.

Ən əsası, Azərbaycanın ötən ilin sentyabrında suverenliyini tambərpa etməsi, bu günlərdə Qazax rayonunun 4 kəndinin geriqaytarılması əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinəçatdırıldı. Azərbaycanın COP29-a ev sahibliyininErmənistan-Azərbaycan dialoquna və daha geniş əməkdaşlığa hansıtöhfəni verə biləcəyinə gəldikdə isə dövlətimizin başçısı qeyd etdiki, razılaşmaya ola bilsin heç vaxt olmadığı qədər yaxınıq. Çünkiişğal dövründə razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq.Həmin vaxt bizdə sülh müqaviləsinin layihəsi belə yox idi. Ammaindi bu layihə bizdə var. İndi sülh razılaşmasının necə olmalıolduğuna dair bizdə ümumi anlayış var. Biz, sadəcə, təfərrüatlarüzərində çalışmalıyıq. Lakin əlbəttə ki, hər iki tərəfə vaxtlazımdır. Çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər ikiölkə üçün tarixi razılaşma olacaq. Buna görə hər bir söz, hər birnöqtə, hər bir paraqraf vacibdir. Lakin vacib olan odur ki, hər ikitərəfin bunu etmək üçün siyasi iradəsi var.

YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, forumdaAzərbaycanın hər bir uğuruna geniş imkanlar açan iqtisadiinkişafımız, müasir dövrün tələblərinə uyğun olaraq atılan addımlarəsasında ölkəmizin bütün sahələrdə tərəqqisi, yeni əməkdaşlıqformatlarının yaradılması üçün imkanların mövcudluğu, bərpaolunanenerji potensialımız və bu sahədə təcrübənin bölüşülməsi üçün birgəsəylərin göstərilməsinə edilən çağırışlar və sair kimi məsələlərgeniş müzakirə edildi.

Dövlət başçısı vurğuladı ki, Azərbaycan artıq 30 ildirbeynəlxalq neft şirkətləri ilə əməkdaşlıq edir. Xəzər dənizinəxarici şirkətləri dəvət edən ilk ölkə Azərbaycan olub. Gələcəyimizdaha da parlaqdır. Biz qazıntı yanacağından istifadənidayandırmayacağıq. Lakin, eyni zamanda, diqqətimizi yaşıl gündəliyəyönəldəcəyik. O da qeyd edildi ki, ola bilsin COP29-un keçirilmətarixinə bir az qalmış mübadilə üçün daha çox ideyalarımız olsun vəkonfransdakı gündəliyimizə daxil edək.

Forumda Azərbaycanın yerləşdiyi coğrafi məkana görə Şərqlə Qərbarasında körpü roluna da diqqət yönəldildi. Belə ki, Prezidentİlham Əliyev “Həyata keçirilən əməkdaşlıq strategiyasını nəzərəalaraq, Azərbaycanı Şərq və Qərb dünyası arasında ən əhəmiyyətlikörpü kimi görürsünüzmü” sualını cavablandırarkən vurğuladı ki, ənəhəmiyyətli körpü məncə çox təkəbbürlü səslənə bilər. Amma bəli,bu, bir növ mədəniyyətdir:

“Mən deyərdim, körpü ona görə ki, yerləşdiyimiz coğrafiyacəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib. BizAvropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hissedirik, çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər ikisivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropasivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir.Beləliklə, şübhəsiz ki, bu yer bizə nəqliyyat əlaqələrininqurulmasında fəal olmağı diktə edir, çünki mövqeyimizdən istifadəetməsək, heç kim bizi bağışlamaz… Təkcə dəmir yolu və limanlartikmək kifayət deyildir. Biz ölkələr arasında körpülərqurmalıyıq.”

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanhəm yerləşdiyi coğrafi məkana, həm də düşünülmüş və məqsədyönlüsiyasəti nəticəsində təqdim etdiyi inkişaf modelinə görə daimdünyanın diqqətindədir. Zaman-zaman ölkələr arasında qurulankörpülər yeni-yeni əməkdaşlığa yol açır ki, bu da uğurlu gələcəyintəmin edilməsində əsas faktordur.

Seçilən
29
10
Mənbələr
Şərh ()
Bağla