AZ

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının zəngin iş təcrübəsinə malik həkimi - Vahid Babayev

“Həkimlərimizi tanıyaq!” rubrikamızda saytımızın oxucularına zəngin iş təcrübəsinə malik peşəkar həkim, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının anestezioloq-reanimatoloqu Vahid Almaz oğlu Babayev haqqında məlumatları təqdim edirik.
 
O, 1955-ci ildə Qəbələ rayon Nohurqışlaq kəndində anadan olub. 1979-1985-ci illərdə Azərbaycan Tibb İnstitutunun Müalicə -profilaktika fakültəsində təhsil alıb. 1985-1986-cı illərdə Bakı şəhər Respublika Klinik Xəstəxanasında internatura keçib.
 
Vahid Babayev 1986-2010-cu illərdə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının ARİT şöbəsində anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 22.05.2010-cu ildən 26.10.2010-cu ilə kimi Qəbələ Müalicə Diaqnostika Mərkəzində ARİT şöbəsində həkim-anestezioloq-reanimatoloq işləyib.
 
2011-ci ildən Türkiyə Respublikasının Ankara şəhər Nümunə Eğitim Araşdırma Xəstəxanasında anestezioloq-reanimatoloq üzrə 2 aylıq kurs keçib. O, 2010-2020-ci illərdə Qəbələ Müalicə Diaqnostika Mərkəzinin ARİT şöbəsinin müdiri, 2020-2022-ci illərdə ARİT şöbəsində həkim-anestezioloq-reanimatoloq vəzifələrində çalışıb. 2022-ci ildən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının ARİT şöbəsində həkim-anestezioloq-reanimatoloq kimi fəaliyyətini davam etdirir.
 
Həkim, həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısıdır.
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla