AZ

Holann nə vaxt qayıdacaq?

Erlinq Holann komandasına növbəti oyunda kömək edə bilməyəcək.

Bunu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandadakı zədəli futbolçularla bağlı vəziyyətdən danışarkən bildirib. O, norveçli hücumçunun İngiltərə premyer-liqasının 29-cu turundan təxirə salınan “Brayton”la oyununu buraxacağını deyib. İspaniyalı mütəxəssis Holanndan fərqli olaraq Filip Foden və Con Stounzun matça hazır olduğunu bildirib.

“Brayton” - MS matçı bu gün saat 23.00-da başlayacaq.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla