AZ

"İqtisadiyyatda sağlam rəqabət həm ABŞ, həm də Çinin xeyrinə olacaq" - Blinken

ABŞ və Çin arasında sağlam iqtisadi rəqabət hər iki ölkəyə fayda verəcək, lakin ədalətli olmalıdır.

Redaktor.az xəbər verir ki, bu fikri ABŞ dövlət katibi Entoni Blinken Çində Amerika biznesinin nümayəndələri ilə görüşündə deyib.

"Mən vurğuladım ki, həm ABŞ, həm də Çin iqtisadiyyatda sağlam rəqabətdən faydalana bilər, lakin bu rəqabət ədalətli olmalıdır", - o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Dövlət katibinin sözlərinə görə, Şanxayda Amerika Ticarət Palatasının təşkil etdiyi görüşdə ABŞ iş adamlarının Çində biznes qurarkən qarşılaşdıqları çətinliklər, onların qarşısında açılan imkanlar müzakirə olunub.

Xatırladaq ki, Blinkenin Çinə işgüzar səfəri aprelin 24-də Şanxaya gəlişi ilə başlayıb. Aprelin 25-də ABŞ dövlət katibi Pekinə gəlib. O, aprelin 26-dək Çində qalmaq niyyətindədir. Bu, Blinkenin ABŞ dövlət katibi olduğu müddətdə Çinə ikinci səfəridir.

Turan İSMAYIL

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla