AZ

Xaçmaz rayonunda növbəti səyyar qəbul Mürşüdoba kəndində keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerlihüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarınınməsul şəxsləri ilə birlikdə Mürşüdoba kəndində səyyar qəbulkeçirib.

Qəbulda Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümayəndələyinədaxil olan Mürşüdoba, Nərəcan, Ağtala, Çiləgir, Sabiroba vəMançaroba kəndlərinin sakinləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquqmühafizə orqanlarının rəhbərləri əvvəlcə Mürşüdoba kəndindəşəhidlər abidə kompleksinin önünə gül-çiçək dəstələri düzüb,şəhidlərimnizin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra müraciət və təkliflər dinlənilib. Sakinlər sutəchizatının yaxşılaşdırılması, elektrik təsərrüfatınınyenilənməsi, yeni məktəb binasının və tibb məntəqəsinin inşası iləbağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərininarzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edənproblemlərin aradan qaldırılması istiqamətində müvafiqtapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həlledilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədiləyerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.

Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Seçilən
56
2
Mənbələr
Şərh ()
Bağla