AZ

Meyvə şirələrində zəhərli mərgümüş var



Paketlənmiş meyvə şirələrində “mışyak” kimi tanıdığımz mərgümüş aşkarlanıb.


“Medicina” xəbər verir ki, amerikalı alimlər ABŞ ərazisində satılan bütün meyvə şirələrini təhlil ediblər.


50% içkidə bu təhlükəli metalın miqdarı normadan 2 dəfə çox idi. Göstəricilər 45 brend şirədən 21-də yüksək idi.

Araşdırmalar göstərib ki, gündə yarım fincan belə şirə içən uşağın qanındsa zamanla mərgümüşün miqdarı artır.


Bu heç də təəccüblü deyil. Bundan öncə alimlər qurğuşun və mərgümüşü uşaq qidaları və pürelərində də tapmışdılar.


Bu o deməkdir ki, müasir uşaqlar hər gün bu metalın təsirinə məruz qalır.
Mərgümüş uşaq orqanizmi üçün çox təhlükəlidir, çünki bu dövrdə beynin və sinir sisteminin inkişafı gedir.

Alimlər artıq 10 ildir ki, istehsalçılara uşaq qidaları istehsalında qurğuşun və mərgümüşü minimuma endirmək və istehsal prosesini dəyişməyi tövsiyə ediblər.

Amma bu da həmin məhsulların bahalaşmasına gətirib çıxaracaq.
Mərgümüş hətta içməli sularda da var”.


Aygün Musayeva

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla