AZ

“Paşinyanı Moskvada gözləyirik” - Overçuk

Rusiya Ermənistan Baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi Birliyinin sammitində iştirakını gözləyir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

Overçuk Paşinyanın sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı suala “gözləyirik” cavabını verib.

Qeyd edək ki, mayın 8-də Moskvada Avrasiya İqtisadi Birliyinin yubiley sammiti keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla