AZ

Rusiya veto etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası üzv dövlətləri beynəlxalq hüquq normalarına uyğun olaraq kosmik proqramlarını həyata keçirməyə və silahlanma yarışının qarşısını almaq üçün kosmosdan dinc məqsədlərlə istifadəyə töhfə verməyə çağıran qətnamə layihəsinin səsə qoyulması üçün iclas keçirib.

News24.az xəbər verir ki, Rusiya qanun layihəsinə “təkcə nüvə və kütləvi qırğın silahlarının deyil, bütün növ silahların kosmosda yerləşdirilməsini qadağan edən” düzəliş tələb edərkən, kifayət qədər səs toplanmadığı üçün sorğu rədd edilib.

Qeyd edək ki, qanun layihəsi üzrə yekun səsvermədə Rusiya “veto” hüququndan istifadə edib, Çin isə “bitərəf” qalıb. 13 deputat “lehinə” səs verib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia qətnamə layihəsinin əhatə dairəsinin “məhdud və siyasi” olduğunu, layihənin bütün dövlətlərin fikirlərini əks etdirmədiyini, kosmosa heç bir silahın yerləşdirilməməsi lazım olduğunu bildirib.

Nebenzia, dəyişiklik tələbi və veto üçün bunun səbəb olduğunu vurğulayıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Rusiyanın kosmosa nüvə silahı yerləşdirmək niyyətində olmadığını açıq şəkildə bəyan etdiyini xatırladıb.

“Əgər qaydalara əməl edirsinizsə, niyə onları təsdiq edən qətnaməni dəstəkləmirsiniz? Nə gizlədə bilərsiz? deyə soruşub. Bunun üzərinə Nebenzia, “Biz kosmosda təkcə kütləvi qırğın silahlarının deyil, hər cür silahın yerləşdirilməsinə qadağa qoyulmasını istəyirik. Amma sən bunu istəmirsən. İcazə verin eyni sualı verim. Niyə?" dedi.

Günel Məlikzadə



Seçilən
115
50
Mənbələr
Şərh ()
Bağla