AZ

Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Aşağı Kəsəmən kəndində keçirib

Müvafiq qrafikə əsasən Aşağı Kəsəmən kənd tam orta məktəb binasında təşkil olunan qəbulda Ağstafa RİH başçısı aparatının məsul şəxsləri, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatların nümayəndələri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
RİH başçısı çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan, beynəlxalq aləmdə günü-gündən artan nüfuzundan söz açıb, eyni zamanda, Ağstafa rayonunda əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial-infrastruktur layihələr barədə ümumi məlumat verib.
Vətəndaşların müraciətləri qabul olunaraq nəzarətə götürülüb və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

image-2 image-3

Seçilən
42
2
Mənbələr
Şərh ()
Bağla