AZ

Ramazani hakimi təhqirə görə 5 oyunluq cəza aldı

İspaniyanın “Almeriya” klubunun belçikalı vingeri Larji Ramazani hakimi biədəb ifadə ilə təhqir etməsi müqabilində ağır cəza alıb.

Arena.az bu barədə “Diario de Almeria” dərgisinə istinadən məlumat verir.

“Villarreal” ilə oyunun sonunda mübahisəli məqamlardan birindən sonra Ramazani hakimi “dəlinmiş axmaq” adlandırıb. Ramazaninin işlətdiyi nalayiq ifadənin əslinin açıq şəkildə qeyd edilməsinin ədəbə sığmadığını nəzərə alaraq, qeyd etdiyimiz ifadədən futbolçunun nə dediyini oxucularımızın anlamasını onların öz ixtiyarına buraxırıq.

İspaniya La Liqasının İntizam Komitəsi Larji Ramazaninin 5 oyunluq diskvalifikasiya edilməsi və oyun rəsmisinin şərəf və ləyaqətini təhqir etdiyi üçün 2,4 min avro məbləğində cərimələnməsi haqda qərar qəbul edib.

Beləliklə, Larji Ramazani 2023/2024 mövsümünün demək olar ki, bütün sonunu buraxacaq. Eyni zamanda, futbolçunun ən yüngül cəzanı aldığı vurğulanır. Belə ki, hakimi belə nalayiq ifadə ilə təhqir etməyə görə, nizamnamə futbolçunu 12 oyuna qədər diskvalifikasiya etməyi nəzərdə tutur.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla