AZ

Kilsədə formalaşan erməni siyasəti cəmiyyəti zorakılığa təşviq edir ŞƏRH

Ermənistanın dörd kəndi Azərbaycana qaytarmasını və iki ölkə arasında sərhədin delimitasiyası prosesinin başlanmasını demək olar ki, dünyanın əsas siyasi dairələri, dövlət rəsmiləri müsbət qarşıladı. Bu prosesin sülh anlaşmasına müsbət təsir göstərdiyinə inam artdı. Belə məqamda Ermənistanda bu anlaşmaları qəbul etmək istəməyən kiçik də olsa qüvvələrin baş qaldırması gözlənilən idi. Ən maraqlısı və təəccüblüsü odur ki, belə təxribatçı qüvvələrin başında erməni keşişləri dayanıb.Təbii ki, müqəddəs kitablarda qeyd olunduğu kimi, bütün dinlər sabitliyə, əmin-amanlığa, insanlar arasında zorakılığın aradan qaldırılmasına səslədiyi halda erməni kilsəsi cəmiyyəti zorakılığa sürükləyir. Əslində onlar öz açı təcrübələrinə istinad ediblər. Uzun illər erməni siyasəti kilsələrdə formalaşıb. Diqqət yetirsək görərik ki, tarixən bu toplumun beyin mərkəzi olan erməni kilsələri insanları terror aktı törətməyə, çaxnaşmalar, təlatüm yaratmağa təşviq edib.

XX əsrdə erməni kilsəsinin dini pərdə adı altında terrorla məşğul olması faktı ilə bağlı yetərincə sübutlar mövcuddur. Qriqoryan kilsəsinin qəbul etdiyi qərarları erməni diasporu hər zaman böyük həvəslə icra edib. Görünən odur ki, erməni kilsəsinin dindarları cəmiyyəti sülhə, barışa deyil, qarşıdurmaya aparırlar. Erməni Qriqoryan kilsəsi həmişə Türk dünyasına qarşı böyük nifrət, qəzəb püskürüb. Amma bu gün onların bütün cəhdləri əbəsdir. İstər kilsə nümayəndələri, istərsə də Rusiyanın Ermənistandakı dəstəklədiyi revanşist qüvvələr olsun, bunların təxribatçı çaxnaşmalarının perspektivi olmayacaq.

Ola bilər sülh prosesini müəyyən zaman kəsiyində ləngidərlər. Lakin bu yol Rusiyanın və yaxud digər bir qüvvənin regionda möhkəmlənməsinə xidmət etməyəcək. Cənubi Qafqazda sabitlik, inkişaf, rifah üçün bir yol var. Bu da mükəmməl sülh müqaviləsinin imzalanmasında asılı olacaq. Həmin müqavilə elə hazırlanmalıdır ki, gələcək nəsillər hər hansı münaqişə elementi, erməni iddiaları, xarici güc mərkəzlərinin yarada biləcəyi asılılıq siyasəti ilə üzləşməsin.

Əkrəm Bəydəmirli

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla