AZ

La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək

style='margin-bottom:10px;'>

İspaniya La Liqasının 2025/26 mövsümünün bəzi oyunları Amerika Birləşmiş Ştatlarında keçiriləcək.

QOL.az AS-a istinadən xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas danışıb. O, La Liqanın Şimali Amerikadakı nüfuzunu artırmaq üçün belə addım atacaqlarını söyləyib və hazırda ABŞ tərəfi ilə danışıqlar apardıqlarını bildirib:  

“Dəqiq olaraq hansı qarşılaşmaların ABŞ-da keçirələcəyini bilmirəm. Lakin La Liqa mütləq xaricdə belə rəsmi görüşlər təşkil edəcək. Bunun 2025/26 mövsümündə olması planlaşdırılır. ABŞ-dakı rəsmi matçlar Şimali Amerika bazarındakı mövqeyimizi gücləndirəcək”.

Xatırladaq ki, ötən yay “Atletiko”, “Sevilya”, “Real Sosyedad” və “Betis” “Real” və “Barselona”ya qoşularaq ABŞ-da mövsümöncəsi tur keçirib.

Seçilən
54
1
Mənbələr
Şərh ()
Bağla