AZ

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakı. Trend:

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.

Bu barədə Trend-əİqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi iləbağlıdır.

Bununla yanaşı, şadlıq saraylarında mart ayında qiymətlər 4.2faiz artıb. Xüsusən 40 manatadək olan menyuların qiyməti daha çoxartıb: 6.1 faiz. Qiyməti 40-80 manat olan menyuların dəyəri 4.1faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətindədə 2.3 faiz artım qeydə alınıb.

Qeyd edək ki, ümumilikdə ölkə üzrə 2024-cü ilin mart ayındaistehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4faiz təşkil edib. 2024-cü ilin mart ayında istehlak qiymətləriindeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-mart aylarında isəəvvəlki ilin müvafiq dövrünə nisbətən 101 faiz təşkil edib. Eynizamanda, 2024-сü ilin yanvar-mart aylarında tikinti materiallarınınistehsalının ümumi dəyəri 274,6 milyon manat olmaqla, əvvəlki ilinmüvafiq dövrü ilə müqayisədə 34,4 faiz artıb.

Məqalədə:
Seçilən
60
7
Mənbələr
Şərh ()
Bağla