AZ

Lukaşenkodan Kiyevlə Kremlə "heç-heçə" TƏKLİFİ

Ukrayna hərbçiləri müharibədən yorulublar, Kiyevin təcili danışıqlara ehtiyacı var.

Ölkə.Az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Ukrayna hərbçilərinin əhvalını bilirəm. onlar artıq bu müharibədən yorulublar. Əgər indi danışıqlar aparmasaq, Ukrayna dövlətçiliyini itirə və mövcudluğunu dayandıra bilər”, - Lukaşenko bildirib.

Onun sözlərinə görə, Qərbin xüsusi xidmət orqanlarının rəhbərləri, siyasətçilər və dövlət başçıları artıq açıq şəkildə deyirlər ki, Putinin qalib gəlməsinə imkan vermək olmaz. 

"Əgər bunun mümkün olmadığını görürsünüzsə,  o zaman danışıqların vaxtıdır. Bu mərhələdə heç-heçə oynayın”, - Lukaşenko deyib.

Mürtəza
Ölkə.Az

Seçilən
5
1
Mənbələr
Şərh ()
Bağla