AZ

İki yaşlı oğlunu satmaq istəyən qadın belə saxlanıldı

Ukraynanın Dnepr şəhərində bir qadın 2 yaşlı oğlunu şəxsi həyatını yaşamasına mane olduğu üçün satmaq istəyərkən cinayət başında yaxalanıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Milli Xəbər Agentliyi (UNN) Baş Prokurorluğa istinadən məlumat yayıb.

“Yetkinlik yaşına çatmayan şəxsə qarşı insan alveri şübhəsi ilə bağlı Dnepr şəhər sakini saxlanılıb. Qadın bir milyon qrivenə (25 min dollar) alıcı tapıb və oğlunu təhvil vermək istəyərkən hadisə yerində həbs edilib", - məlumatda deyilir.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla