AZ

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə "The Press and Journal" məlumat yayıb.

 

Aprelin 13-də İnverqordondan olan 39 yaşlı Lyuk Stoltman illik Avropa ağırlıqqaldırma yarışının qalibi olub. Onun ikinci dəfə qalib olduğu qeyd edilib. Belə ki, o, ilk qalibiyyətini 2021-ci ildə qazanıb.

 

Ağır atlet idmanda uğur qazanmasının əsas səbəbi kimi oğlunun dünyaya gəlməsini göstərib. Onun ilk övladı fevral ayında doğulub.Stoltmanın sözlərinə görə, məhz bu hadisə ona müsabiqədə qalib gəlməyə kömək edib. İdmançının sözlərinə görə, övladı dünyaya gələndən sonra yeni nailiyyətlər üçün enerji toplayıb.

 

“Avropanın Ən Güclü Adamı adını qazana bilməsəm, onun gözünün içinə necə baxacağımı düşünürdüm. Ona verdiyim sözü tutmalı idim. Mən qürurlu atayam! ",- o qeyd edib.

 

Ağır atlet əlavə edib ki, həyat yoldaşının dəstəyi olmasa, uğur qazana bilməzdi. Stoltman onunla 2015-ci ildə tanış olub və o vaxtdan karyerasında dönüş yaranıb.

 

“O, hər bir peşəkar idmançının ehtiyac duyduğu qayadır. O, həyatımın ən pis anlarında yanımda olub”, - idmançı vurğulayıb. 


İnci

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla