AZ

"Boykot eləsələr də, meydana çıxıb bacardığımızı edirik” - "Neftçi"nin futbolçusu

style='margin-bottom:10px;'>

“Oyun gərgin keçdi. Düşünürəm ki, maraqlı alındı. Təəssüflər olsun ki, hər iki matçda məğlub olduq və finala vəsiqə qazana bilmədik. İndi bizim məqsədimiz liqanı ikinci yerdə bitirməkdir. Bazar günü “Turan Tovuz”a qarşı oyunumuz var, ona hazırlaşacayıq. İnşallah, meydana qələbə üçün çıxacayıq”. 

QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Ağadadaş Salyanski Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la cavab görüşündən (1:4) sonra jurnalistlərə açıqlamada deyib.

O, ilk dəfə “Neftçi”nin əsas heyətində çıxdığı barədə belə deyib: “Baş məşqçimiz bu oyun mənə güvənib şans verdi. Düşünürəm ki, bu şansdan yaxşı istifadə edə bildim. Təəssüflər olsun ki, qol vura bilmədim. Amma çalışacam ki, davamını gətirim və gələn oyunlarda özümü daha yaxşı göstərə bilim”. 

A. Salyanski azarkeşlərin “Neftçi”nin oyunlarını boykot etməsi haqda belə deyib: “Düşünürəm ki, dəstək olsalar daha yaxşı olar. Bizim üçün də onların dəstəyi ikiqat motivasiya olar. Boykot eləsələr də, meydana çıxıb bacardığımızı edirik”. 

O, sonda özünü əsas heyətə tam hazır hiss etdiyini bildirib: “Hər şey məşqçinin qərarından asılıdır. O nə qərar versə, o da olacaq. Mən isə hər bir halda hazıram”

Seçilən
38
2
Mənbələr
Şərh ()
Bağla