AZ

Ançelotti "Real"ın futbolçularını necə aldadıb?

"Real"ın yarımmüdafiəçisi Toni Kroos komandanın baş məşqçisi Karlo Ançelottinin "Malyorka" (1:0) və "Barselona" (3:2) ilə oyundan əvvəl futbolçuları aldatması ilə bağlı gülməli əhvalat danışıb.

"Keçən həftə “Malyorka” ilə oyundan əvvəl o, bizə dedi: "Qələbə qazansaq, çempion olacağıq." Qələbə qazanmaq çətin idi, amma biz bunu bacardıq və oyundan sonra o, bizə dedi: “Sizə yalan dedim, gələn həftə qalib gəlsək, çempion olacağıq”.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bir həftə sonra “Kral klubu” yenə qalib gəlib - bu dəfə "Barselona" üzərində. Sonra Ançelotti yenidən komandaya müraciət edib:

"Xeyr, cümə günü "Real Sosyedad"ı məğlub edəndə hər şey bitəcək", - Kroos söyləyib.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla