AZ

Poçettinonun taleyi sual altındadır - Klub qərar verməyib 

 

"Çelsi" komandanın baş məşqçisi Maurisio Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.

 

Sfera.az bildirir ki, London klubunun rəhbərliyi 52 yaşlı mütəxəssisin çətin şəraitdə işləməli olduğunu anlayır, ona dəstək olmağa davam edir.

 

Qeyd edək ki, Poçettino 2023-cü ilin iyulundan "Çelsi"yə rəhbərlik edir. Argentinalının klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir, bunun daha bir il uzadılması da mümkündür.

 

32 turdan sonra "Çelsi" 47 xalla Premyer Liqada 9-cu pillədə qərarlaşıb. Çempionata “Arsenal” başçılıq edir.

 

Fatimə Lətif

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla