AZ

Bakı və İrəvan arasında münaqişə yaratmaq istəyirlər

“Müharibə vaxtı heç nə etmirdilər, indi isə spekulyasiya ilə məşğuldurlar. Üçüncü ölkənin təhriki ilə Ermənistan və Azərbaycan arasında münaqişə yaratmaqla məşğuldurlar. Məqsəd də sülhməramlıları bura gətirməkdir. Bizə sülhməramlı lazım deyil, biz öz sərhədimizə nəzarət etməliyik. Müharibə zehniyyətini gündəmdən çıxarmaq lazımdır”.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan 4 kəndin qaytarılmasından sonra Tavuşda başlanan və digər bölgələrdə də davam edən “yol bağlama aksiyalarını”şərh edərkən deyib.

Simonyan bildirib ki, Gürcüstandan İrana qədər uzanan bütün mümkün yollar bərpa olunacaq, lakin sərhədin çəkilməsi lazımdır.

Asif

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla