AZ

Bakıda yeni “Mall” bu tarixdə açılacaq

Azərbaycanda iri ticarət mərkəzi – “Crescent Mall”un istifadəyə veriləcəyi tarix açıqlanıb.

Banker.az-ın məlumatına görə, Crescent Mall 28 may 2024-cü il tarixində fəaliyyətə başlayır.

PAŞA Malls-un portfelindəki növbəti böyük layihə Crescent Mall-dur. Crescent Bay adlı dəniz kənarındakı yeni inkişaf layihəsində yerləşir. Kompleksə 7 ulduzlu otel, yaşayış və ofis sahələri daxildir.

Crescent Mall-un fəaliyyətə başladığı ilk gündən Azərbaycanda indiyədək görünməmiş brendlərin yer alacağı gözlənilir. Ticarət mərkəzi 35,312 m2-ə qədər icarə sahəsi təklif edir və yeraltı avtodayanacaqda 1000-ə qədər avtomobil yeri var.

crescentcrescent

Seçilən
132
50
Mənbələr
Şərh ()
Bağla