AZ

Qadınlar saqqallı kişiləri niyə daha çox sevir?

Saqqallı kişilər hamar üzlü kişilərdən daha çox qadınları cəlb edir. Bu barədə “New York Post” yazıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, gözlənilmədən ictimaiyyət qarşısına saqqalla çıxan “Meta” şirkətinin təsisçisi Mark Zukerberqin xarici görünüşünün dəyişməsi ictimaiyyəti həyəcanlandırıb. İnternet istifadəçiləri milyarderin daha cəsarətli görünməyə başladığını yazmağa başlayıblar. İzləyicilər, “Bu, onun həyatının ən yaxşı çağıdır” deyiblər.

Avstraliyadakı “Sunşin Coast” Universitetinin 8500 respondentin iştirak etdiyi araşdırmasına görə, küləş və ya saqqallı kişilər qadınlar üçün hamar üzlü kişilərdən daha cəlbedicidir. Qadınların saqqallı kişilərə olan sevgisini alim Barnaby Dixon izah edir: “Bu, saçın yaş qavrayışını və buna görə də yetkinliyi gücləndirməsi ilə əlaqədar ola bilər”.

Yeni Cənubi Uels Universitetinin professoru Rob Bruks həmkarının fikri ilə razılaşıb. Onun fikrincə, üz tüklərinin uzanmasına dominantlıq və liderlik kimi psixoloji hadisələrlə bağlı olan testosteron təsir edir.

Seçilən
30
4
Mənbələr
Şərh ()
Bağla