AZ

Demet Akalın üsyan etdi

Məşhur müğənni Demet Akalının kirayəçisi ilə problemləri olduğu ortaya çıxıb.

News24.az xəbər verir ki, Cess Molho ilə "Gəlin danışaq" verilişinə moderatorluq edən məşhur isim canlı yayımda kirayəçisi ilə polemikasından danışıb.

Modellik etdiyi illərdə aldığı evdə yaşayan kirayəçisindən aylıq 5 min TL kirayə haqqı aldığını bildirən Akalın, "Bu gün dörd nəfər harasa gedir, hesabı 3-4 min lirə gəlir. Mənim evimdə kirayəçi 5 min lirəyə yaşayır, bunu canlı yayımda dediyim üçün kirayəçim əmlakçıya gedib deyib ki, kirayə pulunu artıracaqdım, amma artıq etmiyəcəm'' dedi.

"Sən kimsən? Ev mənimdir! Çox əsəbiləşirəm" deyən Akalın "O evi almaq üçün gecə-gündüz çalışdım. O vaxtlar mən ev sahibi kimi işləyirdim. Model kimi 10-12 saat ayaq üstə durmuşam. Evi almaq üçün nə qədər kredit ödəmişəm" dedi.

Günel Məlikzadə

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla