AZ

Xavi "Barselona"da qalacaq: "Fikrimi dəyişdim, çünki..."

"Barselona" baş məşqçisi Xavi ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun prezidenti Xoan Laporta mətbuat konfransında söyləyib. Mütəxəssisin sözləşməsi 2026-cı ilin yayına kimi artırılıb.

Mətbuat konfransında iştirak edən Xavi müqavilə uzadılması ilə bağlı bunları deyib:

"Fikrimi dəyişdim, çünki həqiqətən, klub rəhbərliyindən, oyunçulardan tam etimad hiss etdim. Bu layihə hələ bitməyib. Hiss edirəm ki, vacib işlər görməliyik və buna gücümüz var".

Xavi daha öncə mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.
Seçilən
23
Mənbələr
Şərh ()
Bağla