AZ

Moskva Aİİ sammitində Paşinyanı gözlədiyini açıqlayıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Moskva mayda keçiriləcək Avrasiya İqtisadi İttifaqına (Aİİ) samitində Ermənistanın baş naziri Nikol Paşinyanı gözlədiyini açıqlayıb. Bu barədə  Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib. 
 
Bir gün öncə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycanın hazırda Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaq planları yoxdur.
 
Aprelin 22-də Rusiya hökuməti İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında azad ticarət zonasının yaradılması haqqında sazişin ratifikasiyasına dair qanun layihəsini dəstəkləyib. İqtisadçıların fikrincə, Tehran ilk növbədə ittifaqda əməliyyatları 75% təşkil edən Rusiya ilə ticarətin inkişafında maraqlıdır: yaxın illərdə ölkələr ticarət dövriyyəsini 10 dəfə artırmağı planlaşdırır.


Gülnar Nazimqızı 
 
 


www.anews.az
Seçilən
3
Mənbələr
Şərh ()
Bağla